"0:10 hesabı ilə məğlub ola bilərdik" - Jelko Sopiç

"0:10 hesabı ilə məğlub ola bilərdik" - Jelko Sopiç
21:37 7 Mart 2020
189 İdman
Ölkə mətbuatı
A- A+

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barədə fikirlərini bildirib.

- İnanıram ki, "Neftçi"nin qapıçısı yaxşıdır. Bu, hazırda ən vacib məsələdir. Bu oyunda keçidlərə üstünlük vermək istəyirdik. Rəqibin ilk zərbəsi qol oldu. Oyunun qırılmaq nöqtəsi ikinci qol idi. 0:10  hesabı ilə də məğlub ola bilərdik, amma ikinci topu buraxmamalıyıdıq. Həftə ərzində standart vəziyyətlər üzərində işləmişdik. Rəqibin bu anlarda necə oynayacağını bilirdik. İkinci topdan sonra çox çətin oldu. Çünki onların ekstra keyfiyyətli və sürətli futbolçuları var. Hesab qanunauyğun oldu.

- Dediniz ki, "Neftçi" sizdən güclüdür. Bu, 0:4 uduzmağınıza əsas verirmi? Arada bu qədərmi uçurum var?

- İdmanda belə şeylər olur. Biz "Qarabağ"la keçən tur 0:0 oynamışdıq. Bu gün hesab 5:2 və ya başqa cür də ola bilərdi. Əgər rəqib ilk hücumdan qol vurursa, daha açıq futbol oynamalı olursan. Bu da bizim üçün çətin idi.

- Sona qədər 5-li müdafiəni dəyişmədiniz...

- Çox sadədir, mən məşqçiyəm. Necə qərar versəm, elə də olacaq.

- İctimaiyyət və mətbuat bu fikirdədir ki, çempionatda ən yaxşı 3-cü heyət "Sabah"dadır. Siz necə fikirləşirsiniz?

- Biz oyunçularımızın adına baxsaq, top-komanda kimi görünürük. Bu oyun üçün məsuliyyət sadəcə mənimdir. Hazırlığa hansısa futbolçu 1 gün tez, yaxud 1 gün gec qoşulur. Uzun müddətdir futbolun içindəyəm. Sadəcə, onlar qalib gəldi. Gələn oyunda biz qalib gələcəyik.

- 5 müdafiəçili sistemdə cinah müdafiəçilərinin hər ikisi hücumda daha aktiv olsaydı, nəticə başqa cür ola bilərdimi?

- Bunlar barədə çox da danışmaq istəmirəm. Elə də önəm kəsb etmir. Bu gün Filipin başında problem var idi. Onun oyunu davam etdirə bilib-bilməyəcəyi məlum deyildi. Bəlkə də, 4 müdafiəçi ilə oynasaydıq, qalib gələcəkdik. Bunu bilməyimiz mümkün deyil. Rəqib bu gün daha yaxşı idi.

- İkinci qolda qapıçının günahı nə qədər idi?

- Heç bir günahı yox idi. Biz həftəboyu məşqlərdə futbolçulara bildirmişdik ki, standart vəziyyətlərdə o zonanı bağlamalıyıq. Ancaq kimsə "yatdı". Günahkar mənəm. Çünki bu futbolçuları mən seçirəm.

- Ötən oyun uduzmasanız da, müdafiədə problem görünürdü. Bu boşluqları necə aradan qaldırmağı düşünürsünüz?

- Birinci qolda taktiki fol eləməliydik. İkincidə uşaq səhvi etdik. Bəzən böyük komandalarda da belə şeylər olur. "Liverpul" - "Barselona" oyununda bunu görmüşdük. Kimdir günahkar? - Mən özüm.

- Qışda hücumçu və yarımmüdafiəçi aldınız. Müdafiəyə də oyunçu cəlb etməyiniz yaxşı olmazdımı?

- Klub prezidenti ilə danışdıqlarımızı mediaya deyə bilmərəm. Ola bilər ki, başımda saç yoxdur, ancaq nələr baş verdiyini görürəm. Yayda boşluqları doldurmağa çalışacağıq.

- Komanda Avropa Liqasına vəsiqə qazanmasa, günah kimdə olacaq: rəhbərlik, futbolçular, yoxsa sizdə?

- Bütün günahı üzərimə götürəcəyəm. Biz 4 oyundur uduzmurduq, birdən sistemi dəyişmək çətin olardı. Avropaya getməkdən danışırsınız, siz jurnalistsiniz, mən məşqçiyəm. Məsələlərə fərqli yanaşırıq. "Qəbələ"nin oyununa baxdım. Son sırada olsalar da, əla oynadılar və qələbə qazandılar. Niyə əvvəlki oyunlarda uduzurdular? Futbolda belə şeylər olur. Mən 10 dəfə 0:4 uduzmağı seçərdim, nəinki 40 dəfə 0:1 məğlub olmağı. Yəqin ki, sizin üçün çox maraqlıdır. 2 xal çox qazananda Avropa Liqasına gedirsən, 2 xal az olanda son sıraya düşürsən. Qalib gələndə bunu futbolçular etmiş olur, uduzanda baş məşqçi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/832002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR