Hamilə qadın qripə tutularsa... - GİNEKOLOQUN TÖVSİYƏLƏRİ

Hamilə qadın qripə tutularsa... - GİNEKOLOQUN TÖVSİYƏLƏRİ
22:17 7 Mart 2020
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirusun yayıldığı bir dövrdə insanlar soyuqdəymə və qrip əlamətlərinə daha ciddi yanaşırlar. Xüsusilə hamilə qadınlar yoluxucu, immuniteti zəiflədən xəstəliklərə tutulmaqdan qorxurlar. Hamilə qadınlar qripə tutularsa, hansı təcili tədbirlər görməlidir?

Azərbaycan Tibb Univeristteinin (ATU) mətbuat xidmətinin Tədris Cərrahiyyə Klinikasının ginekoloqu, II mamalıq ginekologiya kafedrasının assisteti Səbinə Babayevanın bununla bağlı məsləhətlərini paylaşıb.

Ginekoloq bildirib ki, qrip əhali arasında çox yayılan infeksion xəstəlikdir. Epidemiya zamanı əhalinin 40-70%-i qripə yoluxur: "Hər 3-4 ildən bir demək olar ki, əhalinin hamısı praktiki olaraq qriplə xəstələnir. Qrip - kəskin virus xəstəliyi olub, hava, damcı yolu ilə yayılır. Qripin əsasən 3 seroloji tipi A, B və C tipləri var. Bunların antigen xüsusiyyətləri dəyişir. Virus tənəffüs yoluyla orqanizmə düşür, respirator yolun silindrik epitelini, əsasən də traxeyanı zədələyir".

Onun sözlərinə görə, qripin inkubasiya dövrü 12-24 saatdır. Xəstəlik kəskin başlayır, hərarət 38-40 dərəcəyədək yüksəlir, titrətmə, ümumi intoksikasiya əlamətləri - baş ağrısı, zəiflik, əzələ ağrısı, gözdə ağrı, adinamiya baş verir. Bu cür kataral əlamətlər 2-3-cü sutkada yaranır.

S.Babayeva deyib ki, hamiləlikdə qrip zamanı başa çatmamış hamiləlik, dölün anadangəlmə inkişaf anomaliyası və uşaq ölümünün faizi yüksək olur:

"Hamilə qadının immun və endokrin sistemi pozulur. Ciftdə tromboz, qişalara, göbək ciyəsinə ocaqlı qansızma, cift qan dövranının pozulması inkişaf edir. Qrip hamiləliyin gec müddətində fetopatiyaya səbəb olur. Odur ki, hamiləlik zamanı mümkün qədər qripdən qorunmaq lazımdır. Qrip keçirən hamilə qadınların müalicəsi simptomatikdir və ev şəraitində aparılır. Belə xəstələr izolə edilməlidirlər. Onların qabları qaynar su ilə qaynadılmalıdır. Əgər ödem yoxdursa, bol maye, qələvili su (qaynar süd+borjomi) içilməlidir. Hərarətsalıcı və ağrıkəsici preparatlar (assetilsalisil turşusu, parasetomol, analqin və s.) istifadə etmək, natrium -hidrokorbonatla boğazı qarqara etmək olar. Herpetiki səpkilər zamanı oksalin mazını sürtmək məsləhətdir. Fəsadlaşmamış qrip zamanı antibiotik məsləhət deyil".

Həkim onu da bildirib ki, epidemiya zamanı qripin profilaktikası aparılır. Qadınların canlı və yaxud inaktivləşməmiş qrip əleyhinə peyvəndlə immunizasiyanın aparılması məsləhətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/829741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR