Gimnastlarımız “AGF Junior Trophy” beynəlxalq turnirində 3-cü yeri tutdu

Gimnastlarımız “AGF Junior Trophy” beynəlxalq turnirində 3-cü yeri tutdu
23:32 7 Mart 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinin komanda hesabında və fərdi çoxnövçülükdə qalib və mükafatçılarının təltif olunma mərasimi keçirilib.
“Report”un məlumatına görə, fərdi çoxnövçülükdə Vladimir Kostyuk (Ukrayna) birinci, Radomir Stelmax (Ukrayna) ikinci və Həsən Bulut (Türkiyə) üçüncü yerə çıxıb.
Mükafatları Azərbaycan Gimnastika Federasiyasının menecerləri Fərid Məmmədzadə, Viktoriya Abuşova və Bakı Gimnastika Məktəbinin nümayəndəsi İnara İsrafilbəyova təqdim ediblər.
Komanda hesabında birinci yeri Ukrayna, ikinci yeri Türkiyə, üçüncü yeri Azərbaycan komandaları tutub.
Mükafatları Azərbaycan gimnastika yığmasının baş məşqçisi Rza Əliyev, Gürcüstan Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdia, beynəlxalq dərəcəli hakim Zbiqnev Pelç veriblər.
Ən yüksək icra balına görə Azərbaycan gimnastı Ramin Dəmirova “AGF Junior Trophy” Kubokunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.


Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” beynəlxalq turnirini təşkil edir. Milli Gimnastika Arenasında keçirilən yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar bacarıqlarını göstərirlər.
Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul ƏhmədzadəAğakazım Rüstəmov təmsil edirlər.
İdmançılarımızdan Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəst hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edirlər.
Yarışda 7 ölkədən 33 gimnast birincilik uğrunda mübarizə aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/gimnastlarimiz-agf-junior-trophy-beynelxalq-turnirinde-ucuncu-yeri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR