Bakıda "AGF Junior Trophy" Beynəlxalq Turnirinin müxtəlif alətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO

Bakıda "AGF Junior Trophy" Beynəlxalq Turnirinin müxtəlif alətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
15:42 8 Mart 2020
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" Beynəlxalq Turnirinin dayaqlı tullanma hərəkətlərində, paralel qollarda və turnik üzərində hərəkətlərdə qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dayaqlı tullanma hərəkətlərində birinci yeri Çinin Taybey şəhərini təmsil edən Huanq Yen-Çanq, ikinci yeri ukraynalı Vladimir Kostyuk, üçüncü yeri isə Taybey şəhərini təmsil edən digər gimnast Çuanq Çia-Lunq tutublar.

Qaliblərə və mükafatçılara mükafatları Azərbaycan Gimnastika Federasiyasının meneceri Namiq Bədirxanov, beynəlxalq dərəcəli hakim Xəlil Hüseynov və Azərbaycan Gimnastika Federasiyasının meneceri Fərid Məmmədzadə təqdim ediblər.

Paralel qollarda hərəkətlərdə birinci Türkiyəli gimnast Mərt efe Kiliçer tutub, ikinci yerdə Çinin Taybey şəhərini təmsil edən Huanq Yen-Çanq, üçüncü yerdə isə Ukraynanı təmsil edən Nazar Vasilkovski qərarlaşıblar.

Qaliblərə və mükafatçılara mükafatları yarışların direktoru Natalya Bulanova, Bakı Gimnastika Məktəbinin direktoru Xəqani Fərəcov və "SmartScoring"in direktoru Kamran Ramazanov təqdim ediblər.

Turnik üzərində hərəkətlərdə birinci yerdə Ukraynanı təmsil edən Vladimir Kostyuk, ikinci yerdə Çinin Taybey şəhərini təmsil edən Çuanq Çia-Lunq, üçüncü yerdə isə Türkiyəni təmsil edən Hasan Bulut qərarlaşıblar.

Qaliblərə və mükafatçılara mükafatları yerli təşkilat komitəsinin üzvü Lalə Məhərrəmova, Milli Gimnastika Arenasının direktor müavini Nərminə Quliyeva və təşkilat komitəsinin üzvü Ruslan Eyvazov təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edib. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdiriblər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/832090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR