Smartfonları düzgün dezinfeksiya yolu açıqlandı - Mütəxəssislərdən məsləhət

Smartfonları düzgün dezinfeksiya yolu açıqlandı - Mütəxəssislərdən məsləhət
15:47 8 Mart 2020
Ölkə mətbuatı
A- A+

İnfeksiyaya özünün mobil telefonundan yoluxmaq riskini istisna etmək üçün qurğunu yaxşıca dezinfeksiya etmək lazımdır, lakin bu zaman bəzi qaydalara riayət edilməlidir.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, mütəxəssislər mobil telefonu təmizləmək üçün ilk növbədə etil spirtindən, hidrogen peroksidindən və ya natrium hipoxloritindən istifadə etməyi məsləhət görmürlər. Bu məhlullar ekrana ciddi zərər vura bilər. Bunun əvəzinə ekspertlər qurğunu parçanı adi sabunlu suda isladaraq silməyi məsləhət görürlər. Smartfonu bu yolla təmizləməyi məhz "Google" və "Apple" mütəxəssisləri tövsiyə edirlər, lakin onlar bu üsulun virusların tam məhv edilməsinə zəmanət vermədiyini qeyd edirlər.

Mikrobioloq Çarlz Herba "Health" jurnalında bildirir ki, qurğular spirtin və suyun 40% və 60% nisbətində olan məhlulunda isladılmış salfetlə silinməlidir.

Digər üsul olaraq, smartfonun ekranının üstünə qoruyucu lent və ya şüşə yapışdıraraq, onu daha güclü məhlulla silmək olar. Zamanla isə bu örtüyü dəyişmək olar.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR