.

Bu ölkə özünü müflis elan etdi – BORCUNU ÖDƏYƏ BİLMİR

Bu ölkə özünü müflis elan etdi – BORCUNU ÖDƏYƏ BİLMİR
16:38 8 Mart 2020
251 Digər
Ölkə mətbuatı
A- A+
.

Livan hökuməti avroobondlar üzrə öhdəliklərini yerinə yetirə bilməyəcəyini açıqlayaraq defolt elan edib.

Bu barədə baş nazir Hasan Diab bildirib. Söhbət dövlətin 1,2 milyard dollarlıq avrobondlarından gedir.

Livan hökuməti bu pulu martın 9-da ödəməlidir. Amma ölkənin bunu ödəməyə vəsaiti yoxdur.

Livan prezidenti, baş naziri, parlament rəhbəri və Mərkəzi Bankın sədri ilə birlikdə keçirdiyi iclasda borcun qaytarılmaması və ölkə tarixində ilk dəfə olaraq müflis elan etmək qərara alınıb. Qeyd edək ki, Lüksemburq birjasında yerləşdirilmiş avrobondların illik gəlirliyi 6,375% təşkil edir ki, bu da çox yüksək faiz sayılır.

Qeyd edək ki, Livanın xarici borcu onun ÜDM-nin 170%-nə çatır. Baş nazir elan edib ki, müflisləşmənin səbəbi ölkəni bürümüş korrupsiyadır. Hasan Diab bildirib ki, «borcun məbləği ölkənin gücü çatdığından daha artıqdır». O bildirib ki, Livanın qalan valyuta ehtiyatlarını hökumət Livan xalqının tələbatlarını ödəməyə yönəldəcək. Qeyd edk ki, Dünya Bankının hesabatına görə, ölkə əhalisinin 40%-i yoxsulluq həddindən aşağıda yaşayır.

Livanda ağır iqtisadi vəziyyət artıq bir neçə ildir ki, davam edir. Bu səbəbdən 2019-cu ilin sentyabrından etibarən ölkədə fövqəladə iqtisadi vəziyyət elan edilib.

Livanın yuxarıda göstəriləndən başqa 31 milyard dollarlıq dollar istiqrazları da var ki, hökumət onu da ödəməlidir. Hazırda Livan rəhbərliyi bu borcun sahibləri ilə razılaşma əldə etmək istəyir ki, borcun müddəti uzadılsın. 31 milyard dollarıq borcun 14 milyard dolları Livan banklarınadır, amma yerli banklar belə borcun vaxtının uzadılmasını istəmir və borcu tələb edirlər.

Qeyd edək ki, ümumilikdə Livanın xarici borcu 90 milyard dollara çatır.(fed.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/307199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR