Azərbaycanda 8 martda ad gününü qeyd edən qadınların sayı açıqlandı

Azərbaycanda 8 martda ad gününü qeyd edən qadınların sayı açıqlandı
17:28 8 Mart 2020
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda doğum gününü 8 mart tarixində qeyd edən qadınların sayı məlum olub.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, hazırda ölkədə bu tarixdə doğulmuş 20.681 qadın var.

Onlardan 18 yaşına çatmayanların sayı 5.305, gənclərin (14 yaşdan 29 yaşadək) sayı isə 6.966 nəfərdir.

Yaşı 29-dan yuxarı olan qadınların sayı isə 10.267 nəfərdir. Onlardan 6.292 nəfəri 40 yaşdan, 4.080 nəfəri 50 yaşdan, 1.953 nəfəri 60 yaşdan, 714 nəfəri 70 yaşdan, 331 nəfəri 80 yaşdan, 35 nəfəri isə 90 yaşdan yuxarı olanlardır.

Ötən il 8 mart tarixində doğulmuş qadınların sayı isə 169 nəfərdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/307196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR