Mövsümün ən böyük hesablı ev qələbəsi

Mövsümün ən böyük hesablı ev qələbəsi
17:32 8 Mart 2020
103 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün rekordu qeydə alınıb. 
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. Bu, XX turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqi ilə qələbə qazanan ilk komanda olub. 
Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilmiş XVIII turun oyununda “Zirə”nin qapısından 4 top keçirib. 
Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.
“Neftçi” isə Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. Premyer Liqanın XX turunda “Sabah”la ev oyununda 4:0 hesabı ilə qalib gələn “ağ-qaralar” mövsümdə 10-cu, ölkə çempionatları tarixində 450-ci dəfə azarkeşlərini sevindirib. 
“Neftçi” bu göstəricidə mütləq rekordçudur. 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısı olan paytaxt klubu qələbə sayında bütün komandaları qabaqlayır. 
“Neftçi”nin Azərbaycan çempionatlarındakı tarixi qələbələri:
1-ci qələbə: 08.05.1992. Neftçi (Bakı) - Xəzər (Sumqayıt) - 1:0
50-ci qələbə: 15.12.1993. Neftçi (Bakı) - Şahdağ (Qusar) - 3:0
100-cü qələbə: 12.04.1997. Neftçi (Bakı) - Kəpəz (Gəncə) - 2:0
150-ci qələbə: 26.03.2000. Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı) - 5:1
200-cü qələbə: 30.11.2003. Ədliyyə (Bakı) - Neftçi (Bakı) - 0:3
250-ci qələbə: 03.11.2006. Neftçi (Bakı) - Simurq (Zaqatala) - 1:0
300-cü qələbə: 15.08.2010. Qəbələ - Neftçi (Bakı) - 0:2
350-ci qələbə: 17.02.2013. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:2
400-cü qələbə: 15.05.2016. Neftçi (Bakı) - İnter (Bakı) - 4:2
450-ci qələbə: 07.03.2020. Neftçi (Bakı) – Sabah (Bakı) – 4:0

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/movsumun-en-boyuk-hesabli-ev-qelebesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR