Qətər 14 ölkənin vətəndaşlarını ölkəyə buraxmayacaq

Qətər 14 ölkənin vətəndaşlarını ölkəyə buraxmayacaq
06:12 9 Mart 2020
109 Digər
Ölkə mətbuatı
A- A+

Qətər 14 ölkənin vətəndaşlarına koronavirus səbəbindən ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, koronavirusun yayılması ilə əlaqədar olaraq, 9 mart tarixindən etibarən Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, Livan, Nepal, Pakistan, Filippin, Cənubi Koreya, Şri Lanka, Suriya və Tailand vətəndaşları üçün Qətərə səyahət etmək müvəqqəti dayandırılıb.
Qərar həm turistlərə, həm də Qətərdə yaşayış icazəsi olan şəxslərə də aiddir.
Qeyd edək ki, artıq “Qatar Airways” milli aviaşirkəti İtaliyaya uçuşları dayandırıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qeter-14-olkenin-vetendaslarini-olkeye-buraxmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR