Portuqaliya Prezidenti karantinə alındı

Portuqaliya Prezidenti karantinə alındı
09:17 9 Mart 2020
197 Dünya
Ölkə mətbuatı
A- A+

Portuqaliya Prezidenti Marselu Rebelu di Soza karantinə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında yazılıb. Məlumata görə, Di Soza koronavirusdan əziyyət çəkmir və bu qərarı ehtiyat tədbiri kimi qəbul edib.

"Prezidentdə xəstəliyin simptomları aşkarlanmasa da, onun yaxın 2 həftə ərzində bütün ictimai tədbirləri təxirə salınıb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu həftə Portuqaliyanın Prezident sarayını ziyarət edən məktəblilərdə daha sonra koronavirus tapılmışdı.

Ölkədə "Covid-19"-a yoluxanların sayı 25-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/832169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR