Koronavirusa görə boşana bilmirlər

Çindən sonra koronavirusun ən çox yayıldığı ölkələrdən olan İranda boşanmalar təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bunu İranın Mazandaran əyalətinin sosial xidmətlər üzrə rəhbəri Ferzad Goherdehi söyləyib. O, ölkədə artan epidemiya təhlükəsi ilə əlaqədar təxirə düşən tədbirlər siyahısına boşanma üzrə məhkəmə proseslərinin də daxil edildiyini vurğulayıb. Bildirib ki, qərar martın 20-dək qüvvədə olacaq.

Məluimat üçün bildirək ki, İran Səhiyyə Nazirliyi ölkə ərazisində sözügedən virusa yoluxanların sayının 6 mini keçdiyini, ölənlərin isə 194 nəfər olduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR