Əşrəf Qaninin andiçməsi zamanı Prezident Sarayının yaxınlığına raket atılıb

Əşrəf Qaninin andiçməsi zamanı Prezident Sarayının yaxınlığına raket atılıb
17:27 9 Mart 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin andiçmə mərasiminin keçirildiyi Prezident Sarayının yaxınlığına iki raket atılıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində hər hansı ölüm və ya xəsarət xəbəri gəlmədiyindən dövlət başçısı nitqinə davam edib.
ABŞ-ın xüsusi elçisi Zalmay Xəlilzad, NATO qüvvələri komandanı Skott Miller və bir sıra başqa əcnəbi diplomatın da iştirak etdiyi mərasim nəzərdə tutulandan daha tez başa çatıb.
Prezident Ə.Qani nitqində iki həftə ərzində quracağı yeni hökumətə əvvəlki komandasından heç kimi daxil etməyəcəyini, həmçinin həbsdə olan “Taliban” yaraqlılarının azadlığa buraxacaqlarını bildirib.
Qeyd edək ki, Ə.Qaninin seçkilərdə əsas rəqibi olan ölkənin baş nazir Abdullah Abdullah da seçkilərin rəsmi nəticələri ilə razılaşmayaraq paralel olaraq özünün prezident kimi andiçmə mərasimini keçirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qaninin-andicmesi-zamani-prezident-sarayinin-yaxinligina-raket-atilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR