Çempionluq matçında maraqlı olay: Maradonanın dodağından öpdü - FOTO

Çempionluq matçında maraqlı olay: Maradonanın dodağından öpdü -  FOTO
17:42 9 Mart 2020
192 İdman
Ölkə mətbuatı
A- A+

Argentina Super Liqasının qalibi müəyyənləşib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "River Pleyt" son turda əzəli rəqibi "Boka Xuniors"dan bir xal öndə olsa da, səfərdə "Atletiko Tukuman"la heç-heçə oynayıb. "Boka Xuniors" isə "Gimnasiya"nı 1:0 hesabı ilə yenərək çempion olub.

Oyundan əvvəl isə maraqlı hadisə baş verib. Belə ki, "Boka Xuniors"un ulduzu Karlos Tevez rəqib komandanın baş məşqçisi, Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın yanına gedərək dodağından öpüb. 

Oyundan sonra bu hərəkəti ilə bağlı açıqama verən Tveez Maradonanı "şans üçün" öpdüyünü bildirib. 

Qeyd edək ki, oyunda yeganə qola Tevez imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/832257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR