Türkiyə müdafiə sənayesi məhsullarının ixracını artırıb

Türkiyə müdafiə sənayesi məhsullarının ixracını artırıb
18:05 9 Mart 2020
196 Dünya
Ölkə mətbuatı
A- A+

2020-ci yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 348,697 milyon dollara bərabər olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.

Fevral ayında Türkiyə 181,761 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 15,3 faiz çoxdur.

Son 12 ay ərzində (fevral 2019 - fevral 2020) Türkiyə 2,757 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/832172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR