Məşqçilər Komitəsinin üzvləri “Qəbələ”nin düşərgəsində olublar

Məşqçilər Komitəsinin üzvləri “Qəbələ”nin düşərgəsində olublar
16:38 17 Yanvar 2015
122 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” futbol komandasının hazırlıqları ilə daha yaxından tanışlıq məqsədilə kollektivin düşərgəsində olublar.
AzərTAc xəbər verir ki, komitənin sədri Vaqif Sadıqov və üzvləri klubun baş məşqçisi Roman Qriqorçuk, baş menecer Zaur Əzizov və komandanın rəisi Səbuhi Səfiyarlı ilə görüşüblər.
Görüş zamanı Ukrayna və Azərbaycan futbolunun müqayisəsi, onların Avropa futbolunda tutduqları yerlər və həyata keçirilən işlərin nisbəti barədə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları gənc futbolçuların yetişdirilməsi və bunun futbolun inkişafı üçün vacibliyi ilə bağlı məsələyə də toxunublar. Belə bir ortaq məxrəcə gəlinib ki, daha çox diqqət aşağı yaş qruplarından olan komandalara yönəldilməlidir.
Məşqçilər Komitəsinin üzvləri onu da qeyd ediblər ki, aşağı yaş qruplarından olan yığma komandalarda “Qəbələ” Futbol Akademiyasının üzvlərinin yer alması klubda bu istiqamətdə böyük işlərin aparılmasından xəbər verir.
R.Qriqorçuk bildirib ki, məşqçilər korpusunun işinin əsas istiqamətlərindən biri akademiyada görülən işlərin nəticəsinin əsas komandada sərgi kimi nümayiş etdirilməsidir. O, yaxın gələcəkdə nəticə göstərmək istədiklərini bildirib. Qeyd edib ki, belə şəraiti olan komanda mütləq liderlər sırasında, birinci pillədə qərarlaşmalıdır.
Yığıncaqda legioner limiti məsələsinə də toxunulub. R.Qriqorçuk bildirib ki, limitin azaldılmasının futbolun və futbolçuların inkişafına faydalı olub-olmayacağını birmənalı şəkildə demək olmaz. Bu məsələni ölkə futboluna bələd olan mütəxəssislər müzakirə edib ortaq məxrəcə gəlməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mesqchiler_Komitesinin_uzvleri_Qebelenin_dusergesinde_olublar-825521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR