ABŞ 19 ildən sonra Əfqanıstandan əsgərlərini geri çəkir

ABŞ 29 fevralda Talibanla imzaladığı müqavilə çərçivəsində Əfqanıstandakı qüvvələrini geri çəkməyə başlayıb.

Metbuat.az xəbər verir ki, hal-hazırda Əfqanıstanda 12 min əsgəri olan ABŞ bu rəqəmi 135 gün içində 8 min 600-ə endirəcək. ABŞ və NATO müttəfiqləri ölkədəki digər əsgərlərini isə Taliban müqavilədəki şərtləri yerinə yetirərsə, 14 ay içində çıxaracaqlar.

Qeyd edək ki, ABŞ Əfqanıstanı 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra işğal etmişdi.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR