Virus səbəbindən evdə işləyənlər üçün dərhal gözəlləşdirən proqram - FOTO / VİDEO

Koronavirus böhranı səbəbindən işini evdən idarə edən işçilər üçün maraqlı bir aplikasiya hazırlanıb.

Metbuat.az xəbər verir ki, Yapon kosmetika firması Shiseido, video konfranslar zamanı makiyajı rəqəmsal tətbiq etmək üçün Mikrosoft Yaponiya ilə birlikdə TeleBeauty tətbiqini hazırlayıb.

Bu proqramın yaranmasına əsas şərait Yaponiyada bir çox məhşur firmaların koronavirus səbəbindən işçilərini evə göndərməsindən sonra yaranıb. Ən çox qadınların ürəyincə olan bu aplikasiya vasitəsi ilə gözlənilməz videozənglər zamanı səliqəli görünmək mümkündür.

İstifadəçilər yalnız üzlərini ön kameraya yönəldib ekranın ortasında yaranmış formaya tuşlamalı və təklif olan makiyajın dörd üslubundan birini seçə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR