Qazaxda avtomobil dirəyə çırpıldı, sürücü yaralıdır (FOTO)

Qazaxda avtomobil dirəyə çırpıldı, sürücü yaralıdır (FOTO)
16:43 17 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Qazaxda idarəetməni itirən sürücü avtomobilini elektirik dirəyinə çırpıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 28 yaşlı sürücü idarəetməni itirərək "VAZ 21 06" markalı avtomobilini elektirik dirəyinə çırpıb.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonu ərazisində baş verib. Qəza zamanı sükan arxasında olan Xeyrimli kənd sakini Elvin Abbasov ağır bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qəza baş verən əraziyə baxış keçirən yol polisi əməkdaşları hadisəyə ilkin səbəb kimi sürücünün düzgün manevr etməməsini göstəriblər.

Həkimlər xəstəxnaya yerləşdirlən sürücünün vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR