Rusiyada prezidentin ömürlük seçilməsi təklif edilir

Rusiyada prezidentin ömürlük seçilməsi təklif edilir
17:03 10 Mart 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada hakim “Vahid Rusiya” partiyasının deputatı Valentina Tereşkova konstitusiya dəyişiklikləri çərçivəsində prezidentlik müddətinin sıfırlanmasını təklif edib.

O, bu təkliflə Dövlət Dumasının plenar iclasında çıxış edib.

Deputat bildirib ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması məqsədəuyğundur:

“Təklif edirəm ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətlər götürülsün və ya yeni konstitusiya qüvvəyə mindikdən sonra qanunvericiliyə mövcud prezidentin digər vətəndaşlar kimi dövlət başçısı postuna seçilməsi hüququna malik olması barədə bənd əlavə olunsun”. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/307347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR