“Nişanlımla İnstaqram-da tanış olmuşam” - Sevda

“Nişanlımla İnstaqram-da tanış olmuşam” - Sevda
18:47 10 Mart 2020
188 Şou
Ölkə mətbuatı
A- A+

Tanışlığımız yeni deyil. Amma mən toya qədər açıqlamaq istəmirdim. Belə alındı ki, məndən xəbərsiz mətbuatda işıqlandırıldı.

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva keçirdiyi klip təqdimatından sonra qafqazinfo-ya açıqlamasında bildirib. O, bir neçə gün bundan əvvəl nişanlandığı genetik-laborant Zakir Bayramovla baş tutacaq toyundan danışıb:

"Çox xoşbəxtəm! Nişan martın 17-də baş tutacaq. Nişan qapalı olsa da, toy mediaya açıq olacaq. Ailə qurmağı yayda planlaşdırırıq. Mənim xoş günüm olacaq, ictimai insanam və hamı bunun şahidi olmaq istəyir. Bu səbəbdən media dəvətlidir".

Sevda Z. Bayramovla instaqramda tanış olduğunu söyləyib: "Tanışlığımız bir mesajdan başladı. Onun yazdığı cümlə çox xoşuma gəldi. Mənə həmişə saysız-hesabsız sevgi mesajları yazılır, heç birinə cavab verməmişəm. Amma həmin insanın yazdığı diqqətimi çəkdi. İki cümlə çox xoşuma gəldi. Mesajdan əvvəl onu görməmişdim".

Sevda gəlinlik geyimi barədə hələ  qərar vermədiyini də açıqlayıb: "Gəlinlik geyimim barədə düşünməmişəm. Yəqin ki, özümə yaraşan bir geyim seçərəm. Bu haqda hələ düşünməmişəm. Özümü gözəl gəlin və ana kimi təsəvvür edirəm. Məndə digərlərindən fərqli olaraq bir gəlinlik olacaq. Bütün subay həmkarlarıma belə xoşbəxtlik arzu edirəm".

Qeyd edək ki, Sevda bu gün sözləri və musiqisi Əməkdar artist Ədalət Şükürova aid olan "Sevgi nəyə deyirsən?" adlı ekran işini təqdim edib. Xızıda lentə alınan klipin rejissoru Nail Naiboğludur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/832520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR