Maşını elektirik dirəyinə çırpdı, yaralandı

Maşını elektirik dirəyinə çırpdı, yaralandı
16:47 17 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, 28 yaşlı sürücü idarəetməni itirərək "VAZ 21-06" markalı avtomobilini elektrik dirəyinə çırpıb.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonu ərazisində baş verib. Qəza zamanı sükan arxasında olan, Xeyrimli kənd sakini  Elvin Abbasov ağır bədən xəsarətləri alaraq Qazax Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qəza baş verən əraziyə baxış keçirən Yol Polisi Xidmətinin əməkdaşları hadisəyə ilkin səbəb kimi sürücünün düzgün manevr etməməsini göstəriblər. Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR