Exclusive Manufaktur Panamera hibridi üçün yeni tərtibat hazırlayıb - FOTO

Exclusive Manufaktur Panamera hibridi üçün yeni tərtibat hazırlayıb - FOTO
21:32 10 Mart 2020
Ölkə mətbuatı
A- A+

Porsche şirkətinin Exclusive Manufaktur bölməsi alman markasının modelləri üçün müxtəlif aksessuarları təklif edir. Məsələn, bölmə Porsche markasının ilk elektrokarı olan Taycan modeli üçün karbon dəstini təklif edir.

Bu günlərdə, bölmə Porsche Panamera Turbo S E-Hybrid modelinin Night Blue Metallic tərtibatına malik olan 21-düymlük təkər diskləri ilə təchiz edilmiş versiyasını təqdim edib. V-şəkilli millərə malik olan disklər kuzov rənginə boyanmışdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, disklərin arxasında modelin təchiz edildiyi açıq-yaşıl rəngli supportları olan karbon-saxsı əyləc mexanizmləri diqqəti çəkir. Bundan əlavə, Panamera Turbo S E-Hybrid modeli tərkibinə yenidən işlənmiş ön bamper, yan kandarlar və arxa bamper daxil olan SportDesign dəsti ilə təchiz edilir. Arxa fənərlər onlara tündləşdirilmiş gprkəm bəxş edən linzalara malik olub.

Porsche Panamera Turbo S E-Hybrid modeli 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və elektromotor ilə təchiz edilir ki, bu tandem də 680 at qüvvəsi və 850 Nm fırlanma anı təklif edir. Hibrid liftbek 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 310 km/saat maksimal sürətə malikdir. Bununla belə, avtomobil 100 kilometrə 2,9 litr yanacaq sərf edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR