Miloş Stepinski: "Azərbaycanla matçda gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik"

Miloş Stepinski: "Azərbaycanla matçda gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik"
23:07 10 Mart 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

"Uçuşumuz uzun çəksə də, nəhayət Azərbaycandayıq. İki ölkə arasında saat fərqinə rəğmən uyğunlaşdığımızı deyə bilərəm. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik". 
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Polşa millisinin baş məşqçisi Miloş Stepinski martın 11-də Bakıda Azərbaycan yığması ilə keçirəcəkləri AVRO-2021-in seçmə oyunu barədə danışarkən deyib.
35 yaşlı mütəxəssis bildirib ki, Azərbaycanın İspaniya və Çexiya ilə matçlarını izləyib: "Bizim üçün çətin oyun olacaq. Rəqib çox intizamlı və gənc komandadır. 5-4-1 taktiki düzülüşü ilə mübarizə aparır. Xüsusən, müdafiədə daha yaxşı təsir bağışlayır. Azərbaycan Moldova yığmasına məğlub olmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Oyuna tam hazırıq, bununla belə, gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik".
Qeyd edək ki, sabah "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa oyunu saat 18:00-da başlayacaq. Çexiya, Moldova, Polşa və İspaniya ilə birgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk iki matçında səfərdə ispanlara, evdə isə çexlərə 0:4 hesabı ilə uduzub. Belarusla səfər görüşü də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:3.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanla-matcda-gozlemediyimiz-netice-ile-qarsilasa-bilerik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR