46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldı

46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldı
09:22 11 Mart 2020
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran sakini dəm qazından boğulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Quliyev Müşviq Xanverdi oğlu əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/832619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR