Avropa ulduzu "Qalatasaray"a gedir - FOTO

Avropa ulduzu "Qalatasaray"a gedir - FOTO
10:43 11 Mart 2020
170 İdman
Ölkə mətbuatı
A- A+

Superliqada yenidən zirvənin ortağı olan “Qalatasaray” növbəti mövsüm üçün transfer planlarını tətbiq etməyə start verib.

Publika.az xəbər verir ki, hər mövqedə alternativli tərkib yaratmaq istəyən “sarı-qırmızılılar” üçün yeni iddia ortaya çıxıb.

Belə ki, “Paris Sen-Jermen” klubunun idarəçiləri mövsümün sonunda müqavilə müddəti başa çatan Layvin Kurzava ilə yeni müqavilə imzalamayacaq. Bu qərardan sonra fransız sol qanad müdafiəçisi ilə maraqlanan klubların sayı artıb. Onun meneceri ilə görüşən komandalardan biri də “Qalatasaray”dır.

27 yaşlı Kurzavanın ən çox elçisi İtaliya və İngiltərədən çıxıb.

Qeyd edək ki, Kurzava bu mövsüm 14 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Onun “Transfermarkt” qiyməti 15 milyon avrodur.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/307406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR