Azərbaycanda DƏHŞƏT: Anası vəfat etmiş 11 yaşlı uşaq özünü asdı

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Metbuat.az "Publika.az"a istinadla xəbər verir ki, rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib. Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkarlayıblar.

Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR