Qubada yanğınları polislər söndürdülər - FOTO

Qubada yanğınları polislər söndürdülər - FOTO
15:05 11 Mart 2020
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Mart ayının 10-da müxtəlif vaxtlarda Quba Rayon Polis Şöbəsinə rayonun bir neçə kəndləri yaxınlıqlarında yerləşən meşəlik ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Daxil olan məlumatlarla əlaqədar polis əməkdaşları hadisələrin baş verdiyi ərazilərə yollanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, rayonun Dəvədabanı yaşayış massivi, eləcə də Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yerləşən meşə massivlərində baş verən yanğınlar zamanı ümumilikdə 14 ha yaxın ərazidə meyvə bağı, kol-kos və qutu otlar yanaraq məhv olub.

Həmin ərazilərin bəzilərinin coğrafi şəraiti dağlıq olduğundan FHN-nin yanğından mühafizə briqadası yanğın baş verən əraziyə qalxmaqda çətinliklərlə üzləşiblər.

Bu zaman isə Quba RPŞ-nin əməkdaşları dərhal baş verən yanğın hadisələrinə operativ şəkildə reaksiya verərək, alovun qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçiriblər. Əsasən, fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan polislər, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.

Hadisələr nəticəsində xəsarət alan olmayıb, yanğınların baş vermə səbəbləri araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/832729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR