Meyvezer Premyer Liqa klubunun sahibi ola bilər

Meyvezer Premyer Liqa klubunun sahibi ola bilər
19:27 11 Mart 2020
155 İdman
Ölkə mətbuatı
A- A+

Boks üzrə keçmiş dünya çempionu Floyd Meyvezer İngiltərədən klub almağa hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 43 yaşlı sabiq idmançı Premyer Liqa təmsilçisi "Nyukasl"ın səhmlərini almaq istəyir. Bu barədə Meyvezer TMZ-yə açıqlamasında deyib:

"ABŞ-da bu idman növünə sokker deyirik. "Nyukasl" inanılmaz klubdur. Klubu almağımı istəyirsizsə, mənə xəbər verin".

Meyvezer bundan əvvəl də "Nyukasl" azarkeşləriylə bir görüş keçirib və klubu satın almaqda maraqlı olduğunu onlara bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/832684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR