Ukraynada, Şebelinka stansiyasında terror aktının anonsunu Filip Ekozyants verib

Ukraynada, Şebelinka stansiyasında terror aktının anonsunu Filip Ekozyants verib
16:53 17 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+


Kiyev, 17 yanvar, AzərTAc
Separatçı-terrorçu dairələrdə yaxşı tanınan Filip Ekozyants öz internet səhifəsində Şebelinka stansiyasında terror aktının anonsunu verib.
Bu barədə Ukrayna Ali Radasının xalq deputatı (“Xalq cəbhəsi” fraksiyası) Anton Geraşşenko məlumat verib.
O deyib: “Terror aktının necə törədildiyi ekspertlər tərəfindən müəyyən olunub. Ehtimal ki, partlayıcı qurğu sisternin korpusunun bilavasitə yaxınlığında yerləşdirilib. Terror aktının yeri təsadüfən seçilməyib. Şebelinka stansiyası iri silah və döyüş sursatı anbarlarının olduğu Balakleya rayon mərkəzinin yaxınlığında yerləşir. Şəhər tipli Şebelinka qəsəbəsinin özündə dövlətə məxsus eyniadlı qaz emalı zavodu yerləşir. Separatçı-terrorçu dairələrində yaxşı tanınan Filip Ekozyants öz səhifəsində terror aktının anonsunu verib. Demək olar ki, bu gün onun ulduz saatı olub. O, faktiki olaraq terror aktının təşkilində iştirakını öz çatında sənədləşdirib”.
A.Geraşşenkonun sözlərinə görə, F.Ekozyants artıq çoxdan Ukraynanın terrorçulardan azad ərazisinin hüdudlarından kənardadır.
Deputat deyib: “Biz gec-tez onu ələ keçirəcəyik. Əminəm ki, o, uzunmüddətli həbs cəzası alacaq”.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynada_Sebelinka_stansiyasinda_terror_aktinin_anonsunu_Filip_Ekozyants_verib-825529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR