"Atalanta"nın hücumçusu Messi və Ronaldunun rekordunu təkrarladı

"Atalanta"nın hücumçusu Messi və Ronaldunun rekordunu təkrarladı
19:37 11 Mart 2020
178 İdman
Ölkə mətbuatı
A- A+

"Atalanta"nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında rekorda şərik olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sloveniyalı fovard 1/8 finalda "Valensiya" ilə səfər qarşılaşmasında pokerə imza atmaqla bunu edib.

İliçiç ÇL-in pley-off mərhələsinin iki oyununda 5 və daha çox qol vuran üçüncü oyunçu olub. O, "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un hücumçusu Kriştiano Ronaldoya məxsus göstəricini təkrarlayıb.

Qeyd edək ki, Messi 2011-12 mövsümündə "Bayer"ə 6, Ronaldo isə 2016-17 mövsümündə "Real"da olarkən "Bavariya"ya 5 qol vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/832670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR