Emil Balayevin formasına görə “Zirə” 800 manat cərimələndi

Emil Balayevin formasına görə “Zirə” 800 manat cərimələndi
19:52 11 Mart 2020
169 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Milli.Az xəbər verir ki, iclasda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

"Keşlə" - "Qarabağ" oyununda "Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

"Səbail" - "Zirə" oyununda "Zirə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. "Zirə"nin qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün "Zirə" 800 manat cərimələnib. Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə "Səbail" klubu 800 manat cərimələnib.

"Neftçi" - "Sabah" oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/832764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR