İsveç və Bolqarıstanda koronavirusdan ilk ölüm qeydə alındı

İsveç və Bolqarıstanda koronavirusdan ilk ölüm qeydə alındı
20:32 11 Mart 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

İsveçdə koronavirusdan ilk ölüm faktı qeydə alınıb. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, pasiyent Stokholm şəhərinin ətrafındakı Pudinqdə, Carolina Universiteti Xəstəxanasının Reanimasiya şöbəsində ölüb. 
Onun əvvəllər başqa xəstəlikdən əziyyət çəkdiyi və bu səbəbdən immunitetinin zəiflədiyi bildirilib.
Eyni zamanda Bolqarıstan Səhiyyə Nazirliyi ölkədə 66 yaşlı qadının koronavirusdan öldüyünü açıqlayıb: "Qadın kəskin sətəlcəm diaqnozu ilə N.İ.Piroqov adına xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb". 
Məlumatda onun xroniki ürək çatışmazlığı problemindən əziyyət çəkdiyi və bu yaxınlarda əməliyyat keçirdiyi də qeyd olunub. 
Hazırda İsveçdə koronavirus daşıyıcılarının sayı 486, Bolqarıstanda isə 6 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 025-ə çatıb. Bunların 66 988 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-svec-ve-bolqaristanda-koronavirusdan-ilk-olum-qeyde-alindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR