İngiltərə Premyer Liqasının oyunları azarkeşsiz olacaq

İngiltərə Premyer Liqasının bütün oyunları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı qərar hökumətin bu gün keçiriləcək iclasından sonra açıqlanacaq.

Mövsümün təxirə salınması müzakirə mövzusu deyil. Ancaq həm Premyer Liqa, həm də aşağı liqalarda oyunlar qapalı qapılar arxasında keçiriləcək. Mövsümlük biletləri olan və fərdi matçlara bilet alan azarkeşlər görüşləri onlayn yayımlardan istifadə edərək izləyə biləcəklər. Təhlükəsizlik səbəbindən oyunlar pablarda yayımlanmayacaq.

Qeyd edək ki, koronavirus səbəbindən əksər ölkələrin çempionatlarında, eləcə də avrokuboklarda matçlar azarkeşsiz keçirilir. (apasport.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR