Döyüş daha da şiddətləndi (VİDEO)

Döyüş daha da şiddətləndi (VİDEO)
16:56 17 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada sülh danışıqları yenidən iflasa uğramaq təhlükəsi ilə üzləşib.

ANS TV-nin məlumatına görə, rusiyayönümlü qüvvələrin nəzarətində olan Donetsk şəhərində aeroporta nəzarət uğrunda hökümət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında qızğın döyüşlər gedir. Döyüşçülər ukraynalı hərbçiləri Donetsk hava limanından sıxışdırmaq üçün səylərini artırıb. Separatçılar iddia edir ki, artıq aeroportun mülki uçuşlara aid terminalına demək olar ki, tam nəzarət edir.

Şəhərdə tərəflər arasında gedən toqquşmalar yaşayış sahələrindən də yan keçmir. Dünən artileriya zərbəsinin şəhərdəki anbara tuş gəlməsi nəticəsində azı 4 nəfər həlak olub. Aprel ayından bəri Ukraynanın şərqində gedən döyüşlər 4700-dən çox insanın həyatına son qoyub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR