Qaradağda 2 avtomobil toqquşub - Ölən var

Qaradağda 2 avtomobil toqquşub - Ölən var
14:57 12 Mart 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Qobustan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, martın 11-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini X.Seyfullayev idarə etdiyi "KamAZ" markalı avtomobili yolun kənarında dayanmış "QAZ-33022" markalı avtomobilə vurub, sonuncu avtomobil hərəkətə gəldiyindən onun qarşısında dayanmış sürücü, Bakı şəhər sakini Sərvər Tağıyevə dəyib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən S.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/833069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR