Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv olacaq

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun üzv olacağı komitə müəyyənləşib.

Metbuat.az xəbər verir ki, parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.

Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.

Həmin komitənin sədri Ziyafət Əsgərovdur.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildə Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR