“Azərenerji”nin bütün obyektləri dezinfeksiya edilir -FOTO

“Azərenerji”nin bütün obyektləri dezinfeksiya edilir -FOTO
15:03 12 Mart 2020
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə-gündüz növbəli iş prinsipi ilə fəaliyyət göstərən, bir saniyə də olsun elektrik enerjisinin istehsalı və ötürülməsini dayandırmamaq məsuliyyətini daşıyan “Azərenerji” ASC koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

ASC-dən Publika.az-a verilən məlumata görə, bu məqsədlə Səhmdar Cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində insanların işlədiyi bütün binalar, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, zallarda, idarəetmə mərkəzlərində və digər otaqlarda, dəhlizlərdə, pilləkənlərdə, foyelərdə xüsusi dərmanlanma işləri həyata keçirilir.

Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə də tədbirlər görülür. Əməkdaşlar tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırma işi həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/307571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR