"Lənət gəlmiş axmaqlar" - Klopp azarkeşlərə əsəbiləşdi

"Lənət gəlmiş axmaqlar" - Klopp azarkeşlərə əsəbiləşdi
16:47 12 Mart 2020
160 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə cavab oyunundan (2:3) əvvəl komandanın bir qrup azarkeşindən narazı qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna azarkeşlərin dəhlizdən keçən İngiltərə klubunun futbolçularına əl uzatması səbəb olub. Onlar koronavirusla əlaqədar ÇL-də futbolçularla salamlaşmağın qadağan olunduğunu unudublar.Stadionun əməkdaşları bu barədə onları məlumatlandırsa da, azarkeşlər buna əhəmiyyət verməyiblər.

Bu zaman isə Klopp fanatların bu cür davranışına əsəbiləşib. "Lənət gəlmiş axmaqlar" deyə alman mütəxəssis qışqırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/833109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR