Almaniyadan Yaxın Şərqlə bağlı qərar: "Tornado"lar çıxarılır...

Almaniyadan Yaxın Şərqlə bağlı qərar: "Tornado"lar çıxarılır...
19:32 12 Mart 2020
122 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya İordaniyada yerləşdirdiyi "Tornado" kəşfiyyat təyyarələrini geri çəkərək İraqın qərbində havadan müdafiə üçün yeni sistem yaradır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb. Bildirilib ki, yanacaq təminatını həyata keçirən təyyarələrin xidmət müddəti isə 31 marta qədər uzadılacaq.

Bundan əlavə, "Tornado"ların çıxarılması üçün kəşfiyyat uçuşlarını başqa bir ölkənin öz üzərinə götürməsi lazımdır. İlkin məlumata görə, İtaliya regionda belə bir uçuşlara başlamaq niyyətindədir.

Havadan müdafiə üçün radarların isə İraqın Eyn əl-Əsəd bazasında quraşdırılması planlaşdırırlır.

Bununla da koalisiyanın indiyə kimi radar nəzarəti ilə bağlı buraxdığı boşluğun doldurulması gözlənilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/832994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR