Oğuzda güclü yanğın başladı

Oğuzda güclü yanğın başladı
19:48 12 Mart 2020
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Oğuz rayonunun Mollalı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 3 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/307615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR