Porsche Taycan elektrokarı üçün karbon dəstini təklif edir - FOTO

Porsche Taycan elektrokarı üçün karbon dəstini təklif edir - FOTO
23:32 12 Mart 2020
Ölkə mətbuatı
A- A+

Porsche şirkəti ilk elektrokarı olan Taycan modeli üçün karbondan hazırlanmış aksesuarlar və yeni təkər diskləri ilə təchiz edib.

Porsche şirkətinin Exclusive Manufaktur bölməsi Taycan elektrik sedanı üçün karbon dəstini buraxıb. Ştutqart istehsalçısının Turbo versiyasında təklif etdiyi elektromobil, karbon lifindən hazırlanmış və parlaq lak ilə örtülmüş bir sıra aerodinamik elementləri əldə edib. Sport Design Carbon dəstinin tərkibinə ön bamperin splitteri, arxa bamperdəki diffuzor və yan kandar örtükləri daxildir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Porsche şirkəti Taycan modeli üçün xırdalanmış və preslənmiş karbondan hazırlanmış aerodinamik "bıçaqları" olan 21-düymlük Exclusive Design təkər disklərini təklif edır.

Elektrokarın salonunda da karbon üçün yer tapılıb: indi elektrikl sedanı üçün tutqun rəngli karbondan hazırlanmış işıqlandırılan Taycan Turbo kandar lövhələrini, qapı xəritələrinin və mərkəzi konsolun tərtibat elementlərini sifariş etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR