“Siyasi diskussiyalar məhz parlamentdə aparılmalıdır” - Şərh

“Siyasi diskussiyalar məhz parlamentdə aparılmalıdır” - Şərh
23:43 12 Mart 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

“Cənab Prezident çıxışında partiyaları siyasi dialoqa dəvət etdi”.

Bunu Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin parlamentdəki çıxışını şərh edən politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, ölkə başçısının parlamentdəki çıxışında Milli Məclisin qarşıdakı fəaliyyətinin prinsipləri və istiqamətləri müəyyənləşdirilib: “Əslində bu, həm hədəf xarakterli çıxış idi, həm də müəyyən dərəcədə təklif xarakteri daşıyırdı. Burada təklif siyasi partiyalara ünvanlanmışdı və onlar arasında dialoqa əsaslanırdı. Çünki bu dialoq əsl plüralizm prinsiplərini özündə ehtiva edir.

Ümumiyyətlə, parlamentdə həm iqtisadi, sosial, həm də siyasi məsələlərə dair diskussiyalar həyata keçirilməlidir. Cəmiyyəti narahat edən müxtəlif problemlərlə bağlı fikir mübadiləsi məhz Milli Məclisdə aparılmalıdır ki, nəticə öz əksini qanunvericilik bazasında tapsın. Hazırda aparılan islahatların daha da təkmilləşdirilmiş şəkildə həyata keçirilməyi nəzərdə tutulub ki, problemli məsələlər aşkara çıxarılsın, onlara vaxtında qiymət verilsin və çıxış yolları göstərilsin”.

İ.Vəlizadə ilk dəfə xanımın parlamentə sədr seçilməsinin də gözəl təşəbbüs olduğunu qeyd edib: “Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq xanımın parlament sədri seçilməsi əlbəttə ki, islahatlara söykənən düzgün və düşünülmüş addımdır. Əslində, Sahibə Qafarova tanınan simalardandır. Onun universitetdə olan ictimai fəaliyyəti göz önündədir. Sahibə xanım öz işini həmişə fəal şəkildə təşkil edib. Azərbaycanın mövqeyini müxtəlif meydanlarda üstün tutub, dəstəkləyib. Beynəlxalq tədbirlərdə, konfranslarda ölkəni yüksək səviyyədə təmsil edib. Bu cür aktiv insanın ali posta seçilməsi Milli Məclisin gündəliyində olan məsələlərin daha çevik, professional və mütəşəkkil şəkildə həll olunmasına imkan yaradacaq”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/307601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR