Bu ölkədə məktəblilərin yaz tətili vaxtından əvvəl başlayacaq

Bu ölkədə məktəblilərin yaz tətili vaxtından əvvəl başlayacaq
04:32 13 Mart 2020
176 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qazaxıstan dünyada yayılan koronavirusun pandemiya kimi tanınması ilə əlaqədar profilaktik tədbirlər görür. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Təhsil Nazirliyi orta məktəb şagirdlərinin bu il martın 16-dan aprelin 5-dək yaz tətili keçirəcəklərini açıqlayıb. Ali məktəb tələbələri distant təhsilə keçəcəklər. Dövlətin "Bolaşak" proqramı ilə xarici ölkələrdə təhsil alanlar Qazaxıstana qaytarılacaq.

Bundan əlavə, ticarət mərkəzlərində yerləşən kinoteatrlar müvəqqəti işləməyəcək. Ölkə başçısının qərarı ilə Qazaxıstanda kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR