Tanınmış aktrisa: "Dua sözlərdə yox, insanın daxilindəki inancdadır"

Tanınmış aktrisa: "Dua sözlərdə yox, insanın daxilindəki inancdadır"
07:32 13 Mart 2020
Ölkə mətbuatı
A- A+

"İnanmaq üçün ya çox sadəlövh, ya da çox ağıllı olmaq lazımdır. Mənsə nə çox ağıllı, nə də sadəlövhəm. İmanın iki gözəl növü var: alimin və çobanın, yəni sadəlövh bir insanın imanı".

Milli.Az xəbər verir ki, bu sözləri 49 yaşlı tanınmış aktrisa Gülzar Qurbanova sosial şəbəkədə yazıb.

Əməkdar artist onu imana aparan fəlsəfi düşüncələrini bölüşüb.

O, hesab edir ki, bilik də insanı imana aparır: "Biliyin yüksək pilləsinə qalxmaq mənə nəsib olmayacağı üçün (heç orta pilləsinə də) öz sadəlövhlüyümə qayıtmağa çalışıram. Yerı gəlmişkən, bilik də insanı imana aparır, çünki çox bilən insan hələ nə qədər məchullardan xəbərsiz olduğunu anlayır".

Aktrisa duanın əhəmiyyətindən də bəhs edib: "Mənim üçün duanın xüsusi əhəmiyyəti var, məsələn, həyatımda elə çətin, dözülməz vəziyyətlər yaranır ki, çaşıb qalıram, çıxış yolu tapa bilmirəm. Məsələni belə görəndə qanımı qaraltmıram, əlimi saymazyana yelləyib üzümü yana çevirirəm. Sanki baş verənlər mənə yox, başqasına aiddir. Öz-özümə deyirəm: "Qoy başqaları baş sındırsın! Çıxış yolu tapmaq mənlik deyil!" Sonra baxıram ki, problem gözlənilmədən, öz-özünə həll olundu. Deməli, dua sözlərdə yox, insanın daxilindəki inancdadır". (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/833074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR