Fransada futbol yarışları təxirə salınıb

Fransa Futbol Federasiyası Liqa1 və Liqa2-dən başqa ölkədəki bütün futbol yarışlarını təxirə salıb.

Metbuat.az xəbər verir ki, bunda məqsəd koronavirus pandemiyasının yayılma təhlükəsinin qarşısını almaqdır.

Federasiya prezidenti Noel Le Qrey açıqlamasında bunu təsdiqləyib: “Fransa liqalarının və bölgələrdəki bütün yarışların dayandırıldığını elan edirəm. Bütün yaş kateqoriyasındakı kişilər və qadınlar arasında, həmçinin həvəskar arasında çempionat, təlim-məşq toplanışları, futbol məktəblərinin məşqi martın 13-dən etibarən qeyri-müəyyən müddətə dayandırılır”.

Liqa1 və Liqa2 federasiyaya tabe olmadığından, qərar bu çempionatlara şamil edilməyib. Ancaq bu yarışlarda da mübarizənin təxirə salınması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR