Heydər Əliyev prospektində avtomobil piyadanı vuraraq öldürdü

Heydər Əliyev prospektində avtomobil piyadanı vuraraq öldürdü
10:02 13 Mart 2020
104 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un xəbərinə görə, hadisə martın 11-i saat 23:05 radələrində paytaxtın H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Mürvət Aslanlının idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 1962-ci il təvəllüdlü İlqar Həşim oğlu Muradovu vuraraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/heyder-eliyev-prospektinde-avtomobil-piyadani-vuraraq-oldurdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR