Ölümcül halda xəstəxanaya çatdırıldı - BAKIDA KAFEDƏ QANLI DAVA

Ölümcül halda xəstəxanaya çatdırıldı - BAKIDA KAFEDƏ QANLI DAVA
10:03 13 Mart 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda kafedə bıçaqlanma hadisəsi olub.

Publika.az xəbər verir ki, Nəsimi rayonu, 3-cü mikrorayon Alı Mustafayev küçəsində yerləşən “Qalaaltı” kafesində Quba rayon sakini, 1984-cü il təvəllüdlü Ələkbərov Natiq Həsənpaşa oğlu Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü İbrahimov Gəncağa Qələndər oğlunu bıçaqlayıb. Belə ki, gecə saat 03:30 radələrində kafedə dava-dalaş düşüb. Bu zaman N.Ələkbərov Gəncağaya hücum ed\ərək ona bıçaqla çoxsaylı zərbələr endirib.

Döş qəfəsinin həm sağ, həm də sol nahiyəsindən, eləcə də ağciyər və qarın nahiyələrindən ağır xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi açılıb.

Muxtar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/307646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR