Bakıda gənc oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlandı
10:12 13 Mart 2020
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc oğlan bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanının qarşısında baş verib.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü İlkin Hüseynov bıçaq xəsarətləri ilə 3 saylı şəhər Şəhər Klinik Xəstəxanasına gətirilərək əməliyyat olunub.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Elvin Həsənov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/833278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR