Koronavirus pandemiyasında BİR İLK yaşandı: ötən gün Çində...

Koronavirus pandemiyasında BİR İLK yaşandı: ötən gün Çində...
10:18 13 Mart 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Çində yayılan koronavirus (Kovid-19) epidemiyasında ilk yaşanıb.

Publika.az xəbər verir ki, son 24 saatda 7 nəfər dünyasını dəyişib. Bununla da ilk dəfə ölüm sayı tək rəqəmə düşüb.

Ümumilikdə, dünyasını dəyişənlərin sayı 3 min 179-dur. 8 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.

Çin Milli Səhiyyə Komitəsindən verilən yazılı açıqlamada 80 min 813 insan virusdan əziyyət çəkir. Onlardan 4 min 20-nin durumu ağırdır. 147 nəfərin virusa yoluxduğu ehtimal edilir. Müşahidədə olan insanların sayı 12 min 161-dir. 64 min 111 nəfər virusdan sağalıb.

Çinə xarici ölkələrdən gələn vətəndaşlarda aşkarlanan və “idxal faktı” adlandırılan virusayoluxma faktı 88-ə çatıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/307644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR