Bir sıra ölkələr Avropa və ABŞ-dan səfərləri qadağan edir

Bir sıra ölkələr Avropa və ABŞ-dan səfərləri qadağan edir
12:27 13 Mart 2020
126 Dünya
Ölkə mətbuatı
A- A+

"Yeni Zelandiya hökuməti Avropa ölkələrindən və ABŞ-dan səfərlərə məhdudiyyət qoymağı planlaşdırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Casinda Ardern deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər yaxın 48 saat ərzində tətbiq oluna bilər. Bundan başqa, Yeni Zelandiyadan Asiya-Sakit okean regionu ölkələrinə səfərlər məhdudlaşdırıla bilər.

Eyni zamanda Sinqapur hökuməti də son 14 gün ərzində İtaliya, Fransa, İspaniya və Almaniyada olan əcnəbi vətəndaşların ölkəyə daxil olmasını qadağan edib.

Sinqapur həmçinin öz limanlarını kruiz laynerlərinə bağlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/833304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR